Ağdam rayon sakini F.Allahverdiyevin həyətyanı sahəsində yetişdirdiyi çətənə kolları, evindən isə marixuana və çətənə özəyi götürülmüşdür
05.10.2015Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıçoban kənd sakini Firdovsi Allahverdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi aşkar edilərək götürülmüşdür.