Zaqatala şəhər sakini N.Məmmədovaya məxsus mağazadan oğurluq etmiş E.Rəşidov tutulmuşdur
05.10.2015Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Nəsibə Məmmədovaya məxsus mağazadan 13000 rubl, tütün məmulatı, qızıl və gümüş əşyalar, habelə nəzarət kamerasının yaddaş qurğusunu oğurlamış şəhər sakini Elçin Rəşidov tutulmuşdur.