Goranboy rayonunda şagirdin məktəbə gətirdiyi qumbara müəllimlər tərəfindən alınaraq rayon polis şöbəsinə təhvil verilmişdir
05.10.2015Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınmış və RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir.
Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirmişdir. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülmüşdür.