Oğurluq etmiş Yevlax rayon sakini Bədirxan Xasanov tutulmuşdur
19.09.2015DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Nərimanov RPİ 16-cı PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da paytaxtın Nərimanov rayonu ərazisində German Babayevə məxsus mağazadan mobil telefon, danışıq kartları, spirtli içki və tütün məmulatı oğurlamış Yevlax rayon sakini Bədirxan Xasanov Yevlax rayonunun ərazisində tutulmuşdur.