Oğurluq etmiş Ucar şəhər sakini Rahib Xəlilov tutulmuşdur
19.09.2015Sentyabrın 20-də Ucar şəhərində yaşayan Abid Nurməmmədovun evindən 550 manat və məişət əşyaları oğurlanmışdır.
Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Rahib Xəlilov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 19-da rayon sakini Kamran Həsənovun 64 manatını oğurlaması da müəyyən edilmişdir.