Binəqədi rayonu ərazisindən qaçırılmış Qardaşxan Hümbətova məxsus avtomobil saxlanılmışdır
19.09.2015Sentyabrın 19-da Binəqədi rayonu ərazisindən qaçırılmış Qardaşxan Hümbətova məxsus “VAZ-2107” markalı avtomobilin sentyabrın 20-də Binə qəsəbəsinin ərazisində hərəkətdə olması Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilmişdir. Saxlanılarkən sürücü avtomobildən düşüb qaçmışdır.
Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elnur Əliyev və Asif Əsədullayev tərəfindən törədilməsi müəyyən edilmişdir.