Saxta əskinaslar vermiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulmuşdur
16.09.2015Cari il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy RPŞ-yə müraciət edərək, cari il may ayının 22-də “Mercedes” markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulmuşdur.