Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
16.09.2015Sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.