Oğurluq etmiş Ucar rayon sakini Tarıyel Məmmədov tutulmuşdur
16.09.2015Sentyabrın 17-də paytaxtın Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Bəhruz Bayramovun çantasından mobil telefon oğurlanmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nizami RPİ 24-cü PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Tarıyel Məmmədov tutulmuş, ondan 1 ədəd bıçaq götürülmüşdür.