Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Biləsuvar şəhər sakini Ağadadaş Kərimzadənin digər cinayət əməli də müəyyən edilmişdir

29.08.2015

Avqustun 30-na keçən gecə Biləsuvar şəhərində şəhər sakinləri Əli Əliyevə və qardaşı Asifə məxsus mağazalardan 79 manat, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları və sərinləşdirici içki oğurlanmışdır.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ağadadaş Kərimzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 15-də Maşallah Heydərova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.