Oğurluq etmiş Zaqatala rayon sakini Hakim Hacıyev tutulmuşdur
29.08.2015Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon sakini Elnur İsgəndərova məxsus “Seat” markalı avtomobildən 200 manat və 360 avro, habelə qızıl əşyalar oğurlamış həmyerlisi Hakim Hacıyev tutulmuşdur.