Tovuz rayonunun Qaraxanlı kəndində yol-nəqliyyat hadisəsi
29.08.2015Avqustun 30-da saat 01 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtombili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini İbrahim Əsədov xəstəxanaya yerləşdirilmişdir.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.