Avqustun 10-da T.Abbasova məxsus avtomobili qaçırmış Bakı şəhər sakini F.Piriyev tutulmuşdur
10.08.2015Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Taciəddin Abbasova məxsus “Toyota” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Fəqan Piriyev tutulmuşdur. Avtomobil avqustun 11-də Yeni Günəşli qəsəbəsinin ərazisində üzərində Bakı şəhər sakini Eldar Məmmədova məxsus “RAF” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları taxılmış vəziyyətdə tapılmış, salonunda isə avtomobilin özünə aid dövlət qeydiyyat nişanları aşkar edilmişdir.