Avqustun 5-də Gürcüstan vətəndaşı G.Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almış T.Həsənov tutulmuşdur
10.08.2015Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Gürcüstan vətəndaşı Gülmirə Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Süsən Rüstəmovaya, Xanpaşa İsmayılova, Rəşad Əhmədova və Şahid Qarakişiyevə məxsus evlərdən pul, sənəd, təmir-tikinti alətləri və məişət əşyaları, habelə Həmidəxanım Ağayevanın bankomatdakı hesabından 579 manat oğurlaması da müəyyən edilmişdir.