Münaqişə zəminində həmkəndlisi Q.İbrahimova bıçaqla xəsarət yetirmiş Zaqatala rayon sakini G.İsgəndərova tutulmuşdur
10.08.2015Avqustun 11-də Zaqatala rayonunun Üçüncü Tala kəndində yaşayan Günel İsgəndərova evinin həyətində münaqişə zəminində həmkəndlisi Qazıməhəmməd İbrahimova bıçaqla xəsarət yetirmişdir. Nəticədə Q.İbrahimov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.İsgəndərova tutulmuşdur.