Bir qrup şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınmışdır
05.08.2015Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınmış, onlar silahlı müqavimət göstərərək geri çəkilmişlər.
Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülmüşdür.