Soyğunçuluq etdiyinə görə tutulmuş Ş.Bayramovun digər şəxslə birgə başqa bu növ cinayət əməlini törətməsi də müəyyən edilmişdir
05.08.2015Soyğunçuluq etdiyinə görə tutulmuş Şakir Bayramovun ətrafında Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Elnur Müxbəliyevlə birgə Cəlal Bədəlovun 800 manatını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Müxbəliyev tutulmuşdur.