Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Arif Qasımov idarə etdiyi avtomobillə 2 nəfəri vurmuşdur
05.08.2015Avqustun 6-da saat 16 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Bakı şəhər sakini Arif Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakinləri Həqiqət Bayramovanı və Limunə Nəsirovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş H.Bayramova orada ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.