Narkotik vasitə və saxta pulla tutulmuş Əli Mahmudovun digər şəxslərlə birgə E.Cəfərovun avtomobilini quldurluq yolu ilə almasıda müəyyən edilmişdir
02.08.2015DİN Baş Cinayət Axtarışı İdarəsi, Göygöl RPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də narkotik vasitə və saxta pulla tutulmuş Əli Mahmudovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, həmyerliləri əvvəllər məhkum olunmuşlar Bəxtiyar Məmmədov, Arzu Mirzəyev, Daşkəsən rayon sakinləri əvvəllər məhkum olunmuşlar Ramin Rzayev və Seymur Rzayevlə birgə Elmir Cəfərovun “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə alması da müəyyən edilmiş və onlar tutulmuşlar.