Tovuz rayon sakini B.Vəliyev idarə etdiyi avtomobillə vurulmuş Ağdaş rayon sakini B.Əfəndiyev xəstəxanada ölmüşdür
02.08.2015Cari il iyul ayının 30-da saat 14 radələrində Ağdaş rayonu ərazisində Tovuz rayon sakini Bəylər Vəliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən rayon sakini Bəxtiyar Əfəndiyevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş və avqustun 3-də orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.