Avqustun 2-də Mərdəkan çimərliyində paytaxt sakini F.Pənahova məxsus avtomobildən oğurluğa cəhd göstərmiş S.Məmmədov tutulmuşdur
02.08.2015DİN Çevik Polis Alayının və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Mərdəkan çimərliyində Bakı şəhər sakini Faiq Rauf oğlu Pənahova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Mingəçevir şəhər sakini Sadiq Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Murad Məmmədova məxsus “QAZel” markalı avtomobildən 350 manat pul oğurlaması da müəyyən edilmişdir.