Cari il yanvarın 6-da T.Rzayevin evindən məişət əşyaları oğurlamış N.Cəfərov tutulmuşdur
31.07.2015Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Tofiq Rzayevin evindən məişət əşyaları oğurlamış, Salyan RPŞ tərəfindən axtarışda olan Nəriman Cəfərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, şəhər sakinləri Babək Abbaszadəyə, Həsrət Hümbətova və İlkin Xudiyevə məxsus evlərdən pul, məişət, geyim və ev əşyaları oğurlaması da müəyyən edilmişdir.