Qazax rayon sakini Ş.Süleymanovu döymüş və ov tüfəngindən onun istiqamətində havaya atəş açmış həmyerlisi İ.Qafarov tutulmuşdur
31.07.2015Qazax rayon sakini Şadət Süleymanov Ağstafa RPŞ-yə ərizə ilə müraciət edərək iyul ayının 31-də rayonun “Ceyran çöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirmişdir.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulmuş və ondan “TOZ-16” markalı tüfəng götürülmüşdür.
Araşdırma aparılır.