Quba rayonunun Qaraçay kəndində yol-nəqliyyat hadisəsi
31.07.2015Avqustun 1-də saat 22 radələrində Quba rayonunun Qaraçay kəndində 1-ci Nügədi kənd sakini Elvin Həsənovun idarə etdiyi “T-40” markalı traktorla, Bakı şəhər sakini Qüdrət Mönsümovun və Sumqayıt şəhər sakini Əlisa Məmmədovun idarə etdikləri avtomobillər toqquşmuşdur. Nəticədə Q.Mönsümovun sərnişini Abşeron rayon sakini Vüsal Həsənov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.