Oğurluq etdiyinə görə tutulmuş Xaçmaz şəhər sakini Eyvaz Paşayevin digər cinayət əməlləri də müəyyən edilmişdir
13.07.2015Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsind iyunun 3-də şəhər sakini Adil Mirzəbəyovun evindən 1040 manat pul oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Paşayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Əlfəddin Həmidova, Natiq Babayevə, Mirvari Əsədullayevaya və İqrar İsmayılova məxsus evlərdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.