Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Hafiz Novruzov yerləşdirildiyi xəstəxanada ölmüşdür
13.07.2015Cari il iyun ayının 29-da saat 18 radələrində Nərimanov rayonunda Bakı şəhər sakini Nicat Mazanov idarə etdiyi "Lifan" markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Novruzovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.