Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Rövşən Mustafayevin digər cinayət əməlləri də müəyyən edilmişdir
13.07.2015Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də Sahib Kərimova məxsus mağazadan tütün məmulatı oğurlamış şəhər sakini əvvəllər məhkum olunmuş Rövşən Mustafayev tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Faiq Məmişova, Ruslan İsmayılova və Zahid Əhmədova məxsus mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması, habelə iyul ayının 7-də şəhər sakini Fərqanə Zahidovaya zor tətbiq edib qızıl boyunbağısını alması da müəyyən edilmişdir.