Qohumu Bəxtiyar Mahmudova bıçaqla xəsarətlər yetirmiş Qobustan qəsəbə sakini Ağakişi Hüseynov tutulmuşdur
11.07.2015İyulun 12-də Qaradağ rayonunun Qobustan qəsəbəsində qəsəbə sakini Ağakişi Hüseynov münaqişə zəminində qohumu, həmyerlisi Bəxtiyar Mahmudova bıçaqla xəsarətlər yetirmişdir. Nəticədə B.Mahmudov xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulmuşdur.