Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi
11.07.2015İyulun 12-də saat 22 radələrində Biləsuvar şəhərində şəhər sakini Elman Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Ağayevi vurub əks yolda Əlikram Buludovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin qarşısına atmışdır. Xəstəxanaya yerləşdirilmiş R.Ağayev orada ölmüşdür.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.