Oğurluq etmiş Xırdalan şəhər sakini Viktoriya Kotlyar tutulmuşdur
11.07.2015Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Sevil Ələkbərovaya məxsus içərisində 340 manat, mobil telefon, sənəd və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə məxsus möhür olan çantanı oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar tutulmuşdur.