Gün ərzində 84 cinayət faktı qeydə alınmışdır
26.04.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.