Oğurluq etmiş paytaxt sakini Anar Kərimov tutulmuşdur
26.04.2015Aprelin 26-da Binəqədi rayonu ərazisindəki çay evlərindən birində Bakı şəhər sakini İntizar Süleymanovaya məxsus içərisində 1187 manat və sənədlər olan pul kisəsi oğurlanmışdır.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Kərimov tutulmuşdur.