Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Hafiz Rzayev saxlanılmışdır
26.04.2015Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da Türkiyə vətəndaşı Aslan İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Lexus” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Hafiz Rzayev saxlanılmışdır.