Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
24.04.2015Aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulmuşdur. R.Tahirov hadisə yerində ölmüş, Ş.Zeynalova xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulmuşdur.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.