Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi
24.04.2015Aprelin 25-də saat 23 radələrində Səbail rayonunun Neftçilər prospektində naməlum sürücünün idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə təxminən 30-35 yaşlarında 2 naməlum qadın vurulmuşdur. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölmüş, digərinin vəziyyəti orta-ağırdır.
Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılmış, lakin sürücü avtomobildən düşərək qaçmışdır.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.