Qəbələ rayon sakini Azad Qəhrəmanova məxsus qaçırılmış avtomobil saxlanılmışdır
24.04.2015Aprelin 25-də saat 04 radələrində Nəsimi rayonu ərazisindən Qəbələ rayon sakini Azad Qəhrəmanova məxsus “Oka” markalı avtomobil qaçırılmışdır.
Həmin gün avtomobilin Qaraçuxur qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş, Çevik Polis Alayı və Suraxanı RPİ-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü - Kürdəmir rayon sakini Fuad Qafarov araşdırmalar aparılması üçün Nəsimi RPİ 22-ci PB-yə təhvil verilmişdir.