Avtomobil dövlət qeydiyyat nişanları oğurlamış Salyan rayon sakini İlyas Bayramov saxlanılmışdır
12.04.2015Aprelin 13-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Vüsal Qələndərova məxsus “Chevrolet” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlanmışdır.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini İlyas Bayramov saxlanılmışdır.