Avtomobil qaçırmağa cəhd göstərmiş Şabran rayon sakini Əhliman Həsənov saxlanılmışdır
12.04.2015Aprelin 13-də saat 01 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsindən qəsəbə sakini Rəşadət Orucova məxsus "VAZ-21074" markalı avtomobili qaçırmağa cəhd göstərmiş Şabran rayon sakini Əhliman Həsənov avtomobilin sahibi tərəfindən saxlanılmış və Abşeron RPİ-nin əməkdaşlarına təhvil verilmişdir.
RPİ tərəfindən araşdırma aparılır.