Salyan rayon sakini Aynur Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilmişdir
12.04.2015Aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlanmasını bildirmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilmişdir.
Toplanmış material rayon prokurorluğuna göndəriləcəkdir.