Gəncə Dəmir Yolu Stansiyasında şəhər sakini Q.İsgəndərov münaqişə zəminində orada işləyən qohumu K.Əhmədovaya bıçaqla xəsarət yetirmişdir
09.04.2015Aprelin 10-da Gəncə Dəmir Yolu Stansiyasında şəhər sakini Qəzənfər İsgəndərov münaqişə zəminində orada işləyən qohumu Kifayət Əhmədovaya bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş K.Əhmədova orada ölmüşdür.
Q.İsgəndərov könüllü olaraq Gəncə Xətt Polis Şöbəsinə gələrək təslim olmuşdur.