Xətai rayonunun Zığ yolunda yerləşən maşın qayırma zavoduna məxsus 9 mərtəbəli binada yanğın baş vermişdir
09.04.2015Aprelin 10-da saat 19 radələrində Xətai rayonunun Zığ yolunda yerləşən maşın qayırma zavoduna məxsus 9 mərtəbəli 105 mənzilli yataqxananın 2000 kvm. fasad örtüyündə və 56 mənzilində yanğın baş vermişdir. Xəsarət alan olmamış, binanın fasad örtüyü və 56 mənzilin yanar konstruksiyaları qismən yanmışdır.
Yanğın saat 21 radələrində söndürülmüşdür.