Oğurluğa görə tutulmuş Abşeron rayon sakinləri Ş.Bircəliyev və V.Məmmədcəfərovun digər oğurluq əməli də müəyyən edilmişdir
09.04.2015Aprelin 3-dən 10-dək olan müddətdə Binəqədi rayonunun Hökməli qəsəbəsində Bakı şəhər sakini Əli Təhməzova məxsus tikintisi başa çatmamış evdən dəmir qapı oğurlanmışdır.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakinləri Şirəli Bircəliyev və Vasif Məmmədcəfərov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 16-da Cəmil Şükürovun evindən qapı oğurlamaları da müəyyən edilmişdir.