Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
03.04.2015Aprelin 4-də saat 22 radələrində Sumqayıt şəhərində naməlum sürücünün idarə etdiyi “BMW” və şəhər sakini Rauf Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuş, nəticədə “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən yolu keçən Qubadlı rayon sakini Ətraf Baxşəliyevi vurub hadisə yerini tərk etmişdir. Ə.Baxşəliyev xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.