Xaçmaz şəhər sakini Xətai Əliyevin törətdiyi cinayət əməlləri müəyyən edilmişdir
03.04.2015Cari il mart ayının 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilmişdir. Araşdırmalar zamanı X.Əliyevin cari il fevral ayının 15-də “055 cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilmişdir.
RPŞ-yə dəvət edilmiş F.Ağayev avtomobilin sənədlərini polisə təqdim etmişdir.