Oğurluğa cəhd göstərmiş Şəki rayonunun Baqqal kənd sakini Fərid Çələbiyev tutulmuşdur
03.04.2015Aprelin 3-də Şəki rayonunun Baqqal kəndində kənd sakini Loğman Məmmədova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmkəndlisi Fərid Çələbiyev mağazanın sahibi tərəfindən saxlanılmış və ŞRPŞ-yə təhvil verilmişdir. ŞRPŞ əməkdaşları tərəfindən ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun caril mart ayının 28-dən 31-dək olan müddətdə həmin mağazadan 330 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.