Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir
31.03.2015Cari il mart ayının 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermiş, dağıntı olmamışdır. O.Məmmədovanın yanıq xəsarəti almış qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov xəstəxanaya yerləşdirilmişlər.