Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
31.03.2015Aprelin 1-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Cəbrayıl rayon sakini Xəyyam Quliyevin idarə etdiyi “Kamaz”, Bakı şəhər sakinləri Zamirə Məmmədovanın idarə etdiyi “Chevrolet”, Elnur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Təranə Əsgərovanın idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşmuşlar. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Quliyev orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.