Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus avtomobili qaçırmış Lətif Kərimov qəza hadisəsi törətmişdir
31.03.2015Martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı cari il mart ayının 28-də avtomobilin Hacıqabul rayonunun Padar kəndində Göyçay rayon sakini Lətif Kərimov tərəfindən idarə edilərkən Ağdam rayon sakini Nazim Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşması, L.Kərimovun xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılması və avtomobilin Kürdəmir rayonundakı cərimə meydançasına yerləşdirilməsi müəyyən edilmişdir.