Oğurluğa cəhd göstərmiş Şirvan şəhər sakini Nurlan Quluzadə saxlanılmışdır
26.03.2015Martın 26-na keçən gecə Şirvan şəhərində şəhər sakini Yavər Məmmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir. Hadisəni törətmiş şəhər sakini Nurlan Quluzadə Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və ŞPŞ-yə təhvil verilmişdir.