Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Cəlilabad rayon sakinləri Məmmədəli Hacıyev və Əfsanə Hüseynova tutulmuşlar

26.03.2015

Martın 21-də Xəzər rayonunun Albalılıq yaşayış sahəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ramin Yarməmmədovu bıçaqla hədələyib 30 manatını və mobil telefonunu almışdır.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakinləri Məmmədəli Hacıyev və Əfsanə Hüseynova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 25-də həmin yaşayış sahəsində Bakı şəhər sakini Tural Paşayevi döyüb, bıçaqla hədələyərək mobil telefonunu almaları da müəyyən edilmişdir.          

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

26.03.2015 tarixinə olan kriminal məlumatlar